8 Avqust 2023 13:02
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, avrokuboklarda II təsnifat mərhələsinin oyunları yerdəyişmələrə səbəb olub.

Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II raundunda Polşa komandası “Rakuv”a iki görüşün cəmində uduzması geriləməsi ilə nəticələnib. Bir pillə geriləyən Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. “Qarabağ” reytinqdə “Monako” (Fransa), “Fənərbağça” (Türkiyə), “Lester” (İngiltərə), “Fiorentina” (İtaliya), “Borussiya” (Münhenqladbax, Almaniya), “Nyukasl” (İngiltərə), “Aston Villa” (İngiltərə), “Valensiya” (İspaniya) kimi tanınmış klubları geridə qoyub.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 3 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivində 2 pilləlik irəliləmə müşahidə edilib.

“Qarabağ” kimi, “Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 268-cidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər