"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
"KÖhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.
21:48
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.
85-ci dəqiqədə Juninyo "köhlən atlar"ı yenidən hesabda önə keçirib.
21:40
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.
Qonaqlar 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə tarazlığı bərpa ediblər - 1:1.
21:20
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.
20:00
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Matçın baş hakimi israilli Roy Reinsreyberdir.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.