"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.
Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlarda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.
Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.
20:43
Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
Tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qonaqlarda isə Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.
20:24
Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
24-cü dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
20:00
Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edir.
Qeyd edək ki, səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.