2 Sentyabr 2023 11:54
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç "Molde"sini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.

"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04" ilə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.

Oyunların tam təqvimi belədir:

21 sentyabr, 1-ci tur

“Qarabağ” - “Mölde” (Norveç)

“Bayer” (Almaniya) - “Hekken” (İsveç)

5 oktyabr, 2-ci tur

“Mölde” - “Bayer”

“Hekken” - “Qarabağ”

26 oktyabr, 3-cü tur

“Bayer” - “Qarabağ”

“Mölde” - “Hekken”

9 noyabr, 4-cü tur

“Qarabağ” - “Bayer”

“Hekken” - “Mölde”

30 noyabr, 5-ci tur

“Hekken” - “Bayer”

“Mölde” - “Qarabağ”

14 dekabr, 6-cı tur

“Bayer” - “Mölde”

“Qarabağ” - “Hekken”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər