Polis sui-qəsd cəhdi versiyasını araşdırır
İsveç polisi ölkə milli komandasının və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin villası yaxınlığında partlayıcı maddə olan qumbara tapıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bundan sonra polis ərazini nəzərətə götürüb və digər təhlükəli əşyaların olub-olmadığını müəyyənləşdirmək üçün axtarışa başlayıb. Lakin hansısa partlayıcı maddəyə rast gəlinməyib.
İsveç qəzetləri yazıb ki, qumbarının İbrahimoviçin evinin yanına nə məqsədlə qoyulduğu bilinmir. Lakin polis mümkün sui-qəsd cəhdi versiyasını da araşdırır.