8 Sentyabr 2023 21:56
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirində blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış edib.

Teleqraf.com xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heşə edib, 6-da isə uduzub.

Beləliklə, Rəcəbov ilk günü 2 xalla sonuncu pillədə başa vurub. Blitsdə mükafatçıların siyahısı sabah müəyyənləşəcək.

Qeyd edək ki, milli komandanın üzvü rapid üzrə mübarizəni 5,5 xalla ikinci başa vurmuşdu. Yarışda Teymur Rəcəbov ilə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər