Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, püşkatma mərasimi yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq.
Ötən ilin dünya çempionatında göstərdiyi nəticələrə görə hər üç növ üzrə güləş yığmamız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.