Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı hücumçu "Trat"a qarşı keçirdikləri çempionatın IV tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.
Matça start heyətdə başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb