14 Yanvar 2015 10:43
3 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Sürix şəhərində keçirilən "Ballon d'Or" mükafatının təqdimetmə mərasiminin pərdə arxasında maraqlı anlar yaşanıb.

Tədbir vaxtı dünyanın ən güclü futbolçuları Leonel Messi, Kriştiano Ronaldo və onun oğlu arasında maraqlı dialoq yaşanıb.

Həmişə bir-birinə ciddi rəqib kimi baxan, intriqada olan super ulduzlar bu dəfə mehribanlıqları ilə seçiliblər. Hətta Ronaldonun oğlunun Messinin fanatı olduğu məlum olub.

Onlar arasında olan qısa dialoqu təqdim edirik:

- Ronaldo (oğluna) : "Get ona salam ver.

- Messi: Ey, necəsən? Yaxşısan?

- Ronaldo (Messiyə) : "O həmişə internetdə bizim iştirakımız olan oyunlara baxır və səndən danışır.

Messi gülümsəyir

- Ronaldo (oğluna) : Nə oldu, utanırsan?

Uğur


Müəllif:

Oxşar xəbərlər