Səudiyyə Ərəbistanının Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kifayət qədər sağlam olduğu müddətdə idman karyerasını davam etdirəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Ronaldo mümkün qədər uzun müddət oynamaq istəyir.
“Deyirlər ki, Ronaldo artıq əvvəlki kimi deyil. Amma bu doğru deyil. Ayaqlarım dayanmağın vaxtının gəldiyini söyləyənə qədər oynayacağam. Hələ bəzi şeyləri edə bilərəm. Mən hələ də futbolu sevirəm, qol vurmağı və qalib gəlməyi sevirəm. Hələ də bunu sübut edirəm”, - Ronaldo qeyd edib.