24 Sentyabr 11:30
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Red Bull” komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi olub.

Teleqraf.com-un məlumatına görə, niderlandlı sürücü cari mövsüm 13-cü dəfə yarışı lider tamamlayıb.

“McLaren” sürücüləri Lando Norris və Oskar Piastri növbəti pillərdə qərarlaşıblar.

Bundan əlavə, "Red Bull" komandası sona 6 turnir qalmış Konstruktorlar Kubokunda çempionluğunu rəsmiləşdirib.


Müəllif: Teleqraf.com