15 Yanvar 2015 10:21
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" klubunun ulduzu Lionel Messi "1 in 11" xeyriyyə layihəsinə qoşulub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, xeyriyyə aksiyası bu və digər səbəbdən təhsil almaq imkanı olmayan uşaqlara yardım məqsədi daşıyır və UNİCEF tərəfindən təsis olunub. Messi aksiya ilə bağlı bunları deyib: "İnanıram ki, hər bir uşaq oxuyub öz potensialını ortaya qoya və arzusuna çata, cəmiyyətdə öz yerini tuta bilər. Təhsil çox vacibdir. Lakin təəssüf ki, milyonlarla uşaq bundan məhrumdur".

Qeyd edək ki, layihə çərçivəsində rəssamlar Demien Herst və Takaşi Murakami Lionel Messinin portretini yaradıblar. Hər iki rəsm əsəri fevralın 12-də Sotheby's hərracında satışa çıxarılacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər