ABŞ-ın "İnter Mayami" futbol komandasının hücumçusu Lionel Messi cümə axşamı və cümə günləri komanda ilə tam məşq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ESPN xəbər verib.
Hücumçu ayağından aldığı zədə səbəbindən son dörd matçı buraxıb.
“O, cümə axşamı və cümə günləri məşq edib. Vəziyyəti hər gün yaxşılaşır”, - “İnter Mayami”nin məşqçisinin köməkçisi Xavyer Morales jurnalistlərə deyib.
Messi "Sinsinnati" ilə mövsümün ev oyununda meydana qayıda bilər. Qarşılaşma oktyabrın 8-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 3:30-da başlayacaq. “İnter Mayami” sosial şəbəkələrdən birində onun şəklini ispan dilində “sabah görüşərik” yazısı ilə yayımlayaraq, argentinalının matçda iştirak edə biləcəyinə işarə vurub.
Daha əvvəl bildirilirdi ki, Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib. Qeyd edək ki, Messi zədə səbəbindən "İnter Mayami"nin son bir neçə oyununu, o cümlədən ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo”ya uduzduqları matçı buraxıb.