"Qarabağ" müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedib. Klubun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə işguzar səfərə yollanıblar.
ANS-in məlumatına görə, səfər zamanı "Qarabağ"ın 17 yaşlılardan ibarət komandasının köməkçi məşqçisi Cavad Mirzəbəylinin səhətində problem yaranıb. Belə ki, onun ürəyi anidən dayanıb.
"Qarabağ"ın təşəbbüsü ilə Cavad Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib. Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hazırda palataya yerləşdirilib.