16 Yanvar 2015 07:13
911
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, azarkeşlər ötən gecə daha iki qarşılaşmaya şahidlik edib.

Belə ki, günün ən maraqlı matçı Madriddə baş tutub. Paytaxtın iki komandası - “Real” və “Atletiko” klubları üz-üzə gəlib. “Visente Kalderon” stadionunda reallaşan ilk görüşdə Dieqo Simeonenin yetirmələri yerli azarkeşləri sevindirdiyi (2:0) üçün növbəti mərhələyə keçmə şansı daha yüksəkdi idi ki, buna da nail olub. Hərəyə 2 top vuran madridlilər meydandan sülhlə ayrılıb. 2:2 hesabı ilə başa çatan oyundan sonra “Kral klubu” turnirlə vidalaşıb.

Digər görüşdə isə “Barselona” səfərdə “Elçe” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi ilk qarşılaşmada rəqibini 5 cavabsız qolla məğlub etdiyi üçün, cütün taleyi demək olar ki, həll olunmuşdu. Meydan sahiblərinin bu oyunda "Barsa"ya müqavimət göstərəcəyi, o qədər də inandırıcı görünmürdü. Daha çox gənc futbolçulara üstünlük verən Luis Enrikenin komandası bu dəfə rəqibini 0:4 hesabı ilə məğlub edərək, “Atletiko” ilə birgə adını 1/4 finala yazdırıb.


Müəllif:

Oxşar xəbərlər