21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, F qrupunda yer alan yığma Lüksemburqla üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.