16 Yanvar 2015 14:44
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümidverici futbolçular görürəm”.

Teleqraf.com-un məlumatına görə, bunu Antalya şəhərində Premyer Liqa klublarının hazırlıq prosesini izləyən Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın saytına açıqlamasında deyib.

O, qeyd edib: “Oyunlarda ümidverici futbolçular görürəm. “Qarabağ”ın heyətində Namiq Ələsgərovun yaxşı oyununu qeyd edərdim. Digər klublarda da diqqətimi çəkən yeni adlar var. Hələ 10 gündən çox Antalyada qalıb klubların oyunlarını izləyəcəyəm. Yeni futbolçuların diqqətimi cəlb edə biləcəyi istisna deyil”.


Müəllif: