16 Yanvar 2015 16:08
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FİFA prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolunun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub.

FİFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib.


Görüşdə FİFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Nikolas Meynqot, FİFA-nın Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FİFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.


Müəllif:

Oxşar xəbərlər