22 Oktyabr 2023 15:22
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə səfərdə "Sevilya" ilə heç-heçə (1:1) etdikləri La Liqanın X tur oyununda baş verib.

Azarkeşlərdən biri 23 yaşlı hücumçunu təhqir edib. Həmin fanat daha sonra tribunadan uzaqlaşdırılıb. "Sevilya" klubu həmin şəxsə digər intizam cəzaları veriləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Vinisius Junior ötən mövsümdə də eyni hallarla üzləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər