Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi zədələnib.
Teleqraf.com xəbər verir ki, hücumçu "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın IX tur oyununda sıradan çıxıb.
Argentinalı forvard ayağından zədə alıb.
"Sarı-qırmızılar" onun müalicəsinə başlanıldığını bildirib.
Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.