Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edirəm ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası "ölüm toxumları" - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, - H.Hacıyev qeyd edib.
#Amputee Football Team of Azerbaijan is mainly composed of victims' of landmines blast and hope that they will soon take part in World Amputee Football Chaimpionships. Azerbaijan is among the most contaminated countries in the world with landmines as a result of Armenia's 30… pic.twitter.com/KX1RVZMjpl
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 22, 2023