Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, sonuncu qarşılaşmada "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.
"Köhlən-atlar"ın heyətində Olavio Juninyo 90+7-ci dəqiqədə təsəlli qoluna imza ata bilib.
Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.