“Adidas” şirkəti Messinin “Barselona”dakı karyerasına son qoya bilər.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Adidas” şirkəti Messinin hansı brendə daha çox bağlı olduğunu aydınlaşdırmaq üçün araşdırma aparıb.
Sorğunun nəticəsinə əsasən səsverənlərin 70 faizi Messini “Nike”la əlaqələndirir.
Bu şirkət “Barselona”nın texniki sponsorudur.
Səsvermədə yalnız 30 faiz “Adidas”ın adını çəkib.
Qeyd edək ki, alman şirkəti ilə Messi arasında şəxsi sponsorluq müqaviləsi də imzalanıb.
Alman brendinin rəhbərliyinin fikrincə, Messinin “Çelsi” və ya “Mançester Yunayted”ə keçidi “Adidas”ın ulduz futbolçu ilə əməkdaşlığından daha çox qazanmasına imkan verə bilər. Şirkət marağı olan kluba Messini transfer etməyə kömək edə bilər.