5 Noyabr 2023 21:55
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıldır. Buna qədər komandaya qızıl medalı Hidayət Heydərov (73 kq) əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər