6 Noyabr 2023 09:23
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın futbolçusu Harri Keyn 60 ildən sonra Almaniya Bundesliqasının rekordunu qırıb.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı hücumçu buna Dortmund "Borussiya"sına 4:0 hesabı ilə qalib gəldikləri X turun matçında het-trik etməklə nail olub.

İngiltərəli forvard çempionatdakı qollarının sayını 15-ə çatdırıb. Beləliklə, Keyn 1963/1964 mövsümündə "Şalke 04"ün heyətində 10 qarşılaşmada 13 dəfə fərqlənən Klaus Matişakı geridə qoyub.

Qeyd edək ki, Harri Keyn yayda İngiltərə təmsilçisi "Tottenhem"dən "Bavariya"ya keçib. O, cari mövsüm bütün turnirlərdə 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər