18 Yanvar 2015 04:51
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika Millətlər Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, 4 qrupda 16 komandanın mübarizə aparacağı qitə birinciliyinin açılış günü 2 qarşılaşma keçirilib.

Belə ki, A qrupunda təşkilatçı ölkə Ekvatorial Qvineya ilə Konqo, Burkino Faso ilə Qabon milliləri mübarizə aparıb.

Ekvatorial Qvineya - Konqo görüşündə hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 1:1.

Qrupun digər oyununda isə Burkino Faso və Qabon yığmaları münasibətlərinə aydınlıq gətirib. Görüşdə qabonlular 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu gün B qrupunun iştirakçıları Zambiya Konqo Demokratik Respublikası ilə, Tunus isə Kabo-Verde ilə üz-üzə gələcək.


Müəllif:

Oxşar xəbərlər