UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Teeqraf.com xəbər verir ki, Avropa futbol qurumu qrup mərhələsinin IV turundan sonra 4 iddiaçını müəyyənləşdirib.
Bunlar Bukayo Saka (“Arsenal”, İngiltərə), Erlinq Holann (“Mançester Siti”, İngiltərə), Rodriqo (“Real”, İspaniya) və Antuan Qrizmanndır (“Atletiko”, İspaniya).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.