“Qarabağ”ın qapıçısı Andrey Lunyov Almaniyanın “Bayer 04” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnib.
Teleqraf.com xəbər verir ki, rusiyalı qolkiper Bakıdakı qarşılaşmanın ikinci hissəsində dizindən xəsarət alıb.
Matçı sona qədər davam etdirə bilməyən təcrübəli qolkiper 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.
Qeyd edək ki, görüşdə “Qarabağ” rəqibinə uduzub.