18 Yanvar 2015 21:15
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli komandanın xorvat baş məşqçisi Robert Prosineçki Xorvatiya ilə keçiriləcək görüşdən danışıb.

Sportnet.az-ın məlumatına görə, Prosineçki çətin oyun olacağını deyib: “Bu, həqiqətən də qeyri-adi oyun olacaq. Amma işimiz belə alınb”.

O, 17 yaşadək futbolçulardan ibarət yığmamızın “RNK Split”lə oyununu izlədiyi vaxt Xorvatiya komandasındakı məşqçilərlə görüşüb. Görüş zamanı Prosineçki həmkarlarına Roq kimi futbolçunu tapıb üzə çıxardıqları üçün təşəkkür edib.

Qeyd edək ki, Robert Prosineçkinin izlədiyi qarşılaşmada Azərbaycan yığması 0:4 hesabı ilə uduzub. Ötən gün isə “RNK Split” “Qarabağ”ı məğlub edib - 3:1.


Müəllif: