“Qarabağ”ın sabiq futbolçusu Kadi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bu ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a transfer olunan braziliyalı futbolçunun agenti Xelsio Alisk yayılan məlumatlarla bağlı açıqlama verib. O, təklif aldıqlarını təqdiqləyib.
“Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi” - deyə Xelsio Alisk “RB Sport”a bildirib.
Söhbətin hansı klublardan getdiyi açıqlanmayıb.
Qeyd edək ki, Kadi bu mövsüm “Krasnodar”la bütün turnirlərdə 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.