Bakıda "Qalatasaray" və "Fənərbaxça" azarkeşləri arasında dava düşüb.
Teleqraf.com xəbəer verir ki, dünən "Qalatasaray"-"Fənərbaxça" oyunundan qabaq "Torqovı"da yürüş keçirən iki komandanın azarkeşləri arasında gərginlik yaşanıb. Polisin işə qarışmasından sonra ara sakitləşib. Olayda xəsarət alanların olmayıb.
Xatırladaq ki, dünən keçirilən "Qalatasaray"-"Fənərbaxça" derbisində meydan sahibləri Uesli Sneyderin vurduğu yeganə qolla qalib gəlib.