20 Yanvar 2015 18:17
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mats Hummels komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Die Welt" qəzetinə danışan 26 yaşlı futbolçu "Borussiya"dan ayrılmaq istəmədiyini deyib:

"Arsenal", "Mançester Yunayted", "Liverpul" və "Çelsi" kimi klublar mənimlə maraqlanır. Lakin mən həmin klublara transfer olunmaq istəmirəm. Dortmundda xoşbəxtəm və burada qalmaq istəyirəm. Gələn mövsüm Çempionlar Liqasında oynamasaq da olar. Ancaq növbəti mövsüm daha güclü bir komanda olacağıq".


Müəllif: