12 Dekabr 2023 12:24
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını başa vurub.

Teleqraf.com “aspor.com.tr”yə istinadən xəbər verir ki, bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.

Onun “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığı bildirilir. Türkiyə Superliqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər