20 Dekabr 2023 17:28
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA “Qarabağ”ın əvəzedici komandasının əməkdaşı İlqar Fətəliyevi diskvalifikasiya edib.

Teleqraf.com xəbər verir ki, buna Əvəzedicilər Liqasının XVII turunda, “Neftçi-2” ilə görüşün sonlarında rəsmi protokolda adı olmayan həmin şəxsin hakimləri təhqir etməsi səbəb olub.

Bu davranışına görə İlqar Fətəliyev 5 oyun cəzalandırılıb, “Qarabağ-2” 400 manat cərimələnib. Görüşün sonlarında azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, “Qarabağ-2”yə xəbərdarlıq edilib.

I Liqanın XI turunda, “Şamaxı” ilə matçın 18-ci dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Tonia Tisdel 4 oyun cəzalanıb, klubunu 300 manat xərcə salıb.

“Cəbrayıl”ın futbolçusu Elvin Dəmirovun II Liqanın XIV turunda, “Göygöl” ilə keçirilən oyunda qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi onun 4 matçlıq diskvalifikasiya olunmasına, klubunun isə 300 manat cərimələnməsinə gətirib çıxarıb. Həmin liqanın “Baku Sportinq” – “Ağdaş” görüşündə isə ikincilərin futbolçusu Nicat Baxşiyev eyni addıma əl atıb. Onun da cəzası 4 matç olub. “Ağdaş” isə 300 manat cərimə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər