“Neftçi” Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubudur. Futbolda işləmək asan deyil. Burada hansı hədəflərin olduğunu bilirəm”.
Teleqraf.com xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Miodroq Bojoviç mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis qarşıya qoyulan məqsədin çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaq olduğunu bildirib:
“Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır. Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər transfer dönəmində komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu barədə hələ heç nə deyə bilməyəcəyəm”.