"Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək Türkiyə Superkuboku matçını idarə edəcək hakim müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, qarşılaşma Abdulkadir Bitigenə tapşırılıb. Ona Erdem Bayık və Mustafa Savranlar kömək göstərəcək. Dördüncü hakim funksiyasını Volkan Bayarslan yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 29-da Səudiyyə Ərəbistanında gerçəkləşəcək "Qalatasaray" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.