Bu gün 2023-cü il Türkiyə Superkubokunun qalbinin adına aydınlıq gələcək.
Teleqraf.com xəbər verir ki, kubok uğrunda matçda “Qalatasaray” “Fənərbaxça” ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanındakı “Əl-Əvvəl Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Oyunu Abdulkadir Bitigen idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında Türkiyə Superliqası çərçivəsində 5 gün əvvəl oynanılan son görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.
Türkiyə Superkuboku
21:45. “Qalatasaray” – “Fənərbaxça”
Baş hakim: Abdulkadir Bitigen
“Əl-Əvvəl Park"