Fransanın PSJ klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Teleqraf.com xəbər verir ki, Paris təmsilçisi Braziliyanın “San Paulo” klubundan Lucas Beraldonu tranfer edib.
Məlumatı PSJ-nin mətbuat xidməti yayıb.
Parislilər braziliyalı mərkəz müdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Bu keçid 20 milyon avro qarşılığında baş tutub.
Qeyd edək ki, “San Paulo” Lukas Beraldonu 2020-ci ilin yanvar ayında “Pirasikaba”dan transfer etmişdi. 20 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində meydana çıxdığı 52 rəsmi matçda bir qol vurub.