4 Yanvar 21:39
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

Teleqraf.com Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib.

Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər