Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” ilk yoxlama görüşünü keçirib.
Teleqraf.com xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın heyətində Jesse Sekidika 45+2-ci, Anatoli Nuriyev 68-ci dəqiqədə fərqləniblər.