Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama görüşünü keçirib.
Teleqraf.com xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.