Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov məşqçilərlə görüş keçirib.
AAF-dan Teleqraf.com-a verilən məlumata görə, toplantıda qurumun baş katibi Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak ediblər.
Görüşdə məşqçilərin təklifləri dinlənilib və müzakirə olunub. Həmçinin milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim edilib:
Hakim İbrahimov - baş məşqçi
Nazim İsrafilov - ehtiyat üzrə baş məşqçi
Valentin Bulıçev - sprint üzrə böyük məşqçi
Ziyad Xəlfəyev - tullanmalar üzrə böyük məşqçi
Vüqar Ələsgərov - dözümlülük üzrə böyük məşqçi
Emil Şahtahtinski - atmalar üzrə böyük məşqçi
Anar Yusifov - regionlar üzrə böyük məşqçi
Rəhim Xəlilov - ehtiyat üzrə məşqçi