Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Sportvereyn Valdhof”la üz-üzə gəlib.
Matç Bakı klubunun məğlubiyyəti ilə bitib - 0:3.
"Ağ-qaralar" ilk görüşündə Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub.