Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun ilk oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, günün yeganə qarşılaşmasında MOİK və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılan matç “Azerreyl”in 0:3 (10:25, 11:25, 22:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra “dəmiryolçular” xallarının sayını 18-ə çatdıraraq turnir cədvəlində ilk sırada qərarlaşıb. Xalı olmayan MOİK isə 6-cı yerdədir.