28 Yanvar 19:58
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, günün ikinci matçında "Qəbələ" "Neftçi"nin qonağı olub.

Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində kapitan Emin Mahmudov 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 67-ci dəqiqədə Dieqo Valdez fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə yeni transfer Brayan Moreno adını tabloya yazdırıb.

59-cu dəqiqədə Zurab Oçiqava birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. 87-ci dəqiqədə Emil Səfərov "Qəbələ"nin təsəlli qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu yerdədir.

Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. XX turda "Turan Tovuz" "Səbail"i (3:1), "Qarabağ" "Kəpəz"i (2:1), "Sabah" isə "Zirə"ni (1:0) məğıub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər