“Neftçi” klubu heyətini iki amerikalı basketbolçu ilə gücləndirib.
Teleqraf.com xəbər verir ki, sonuncu dəfə Xorvatiyanın “Omis” komandasında çıxış edən və 188 santimetr boya malik olan Uilis Alfonso Ninfas müdafiəçi mövqeyində çıxış edir.
Styuvart De Ancelo Uilyam isə son olaraq Yunanıstanın “Megaridas” klubunun şərəfini qoruyub.
196 santimetr boya malik olan amerikalı basketbolçu hücumçu mövqeyində çıxış edir.