24 Yanvar 2015 00:35
474

Türkiyədə təlim-məşq toplanışı keçirən Bakının “İnter” komandası yanvarın 23-də son yoxlama matçına çıxıb. Teleqraf.com klubun saytına istinadla xəbər verir ki, “İnter”in rəqibi Koreya Respublikasının təmsilçisi “Jeju United” komandası olub.

Oyun 4:3 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bakı klubunun heyətində Derlis Meza Kolli, Nizami Hacıyev və dubl edən Baçana Tsxadadze fərqləniblər.

Xatırladaq ki, “İnter” komandası toplanış çərçivəsində keçirdiyi əvvəlki yoldaşlıq görüşlərində Türkiyənin “İnegölspor” klubunu 4:1, “Kasımpaşa” klubunu 3:1, Qazaxıstan təmsilçisi “Kayrat” komandasını 3:1 hesabı ilə məğlub edib, Almaniyanın “Energi” və Ukraynanın “Metallist” klubları ilə bərabər qalıb (1:1).


Müəllif: