13 May 2014 22:27
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Terri daha bir il "Çelsi"nin şərəfini qoruyacaq.

Teleqraf.com-un klubun saytına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi London təmsilçisi ilə cari mövsümün sonu başa çatacaq müqaviləni bir il uzadıb.

Sözləşməni yenilədikdən sonra klubun rəsmi saytına açıqlama verən Terri "Çelsi"də 20-ci ilini keçirəcəyi üçün xoşbəxt olduğunu deyib:

"Mənə dəstək olan bütün azarkeşlərə, klub rəhbərliyinə və baş məşqçimə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, bu mövsüm 47 matçda iştirak edən Terri iki qol vurub.


Müəllif: