İspaniyanın “Real” klubu La Liqada 24 turdan sonra tarixinin ən uğurlu üçüncü startına imza atıb.
Teleqraf.com-un məlumatına görə, Madrid təmsilçisi son olaraq doğma arenasında “Jirona”nı 4:0 hesabı ilə məğlub edib.
Geridə qalan dönəmdə 19 qələbə, 4 heçə-heçə, 1 məğlubiyyəti olan “kral klubu”nun hesabında 61 xal var. Komanda 2011/2012 mövsümündə 64 xal (21 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət), 1960/1961 mövsümündə isə 65 xal (21 qələbə, 2 heç-heçə, 1 qələbə) toplayıb.
Qeyd edək ki, hazırda “Real”ı 56 xalla “Jirona” izləyir.