18 Fevral 09:56
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liverpul”un hücumçuları Dioqu Jota və Darvin Nunyesi, habelə yarımmüdafiəçi Körtis Cons “Brentford”a qarşı oyunda zədə alaraq meydanı tərk ediblər.

Teleqraf.com xəbər verir ki, hələ oyunun birinci hissəsində “qırmızılar”ın baş məşqçisi Yürgen Klopp Cons və Jotanı oyundan çıxarmalı olub.

Üstəlik portuqaliyalı meydanı xərəkdə tərk edib. Fasilədə isə Nunyes də əvəzlənməli olub, lakin onun zədəsinin ciddi olmadığı deyilir.

“Körtis baldırının aşağı hissəsində və ya topuğunun üstünü əzib. Bunun nə demək olduğunu hələ görməliyik. Bu onun hiss etdiyidir, lakin o, 100 faiz əmin deyil. Körtisin oynamağa davam edə bilməməsi bunun ciddi bir şey olduğuna işarədir, əks halda o matçı nəyin bahasına olursa olsun davam etdirəcəkdi”, – Klopp vurğulayıb.

Eyni zamanda, almaniyalı mütəxəssis Jotanın durumunun ağır göründüyünü açıqlayıb:

“Dioqu, yəqin ki, hamıdan pis görünür. Təkrarına baxmamışam, amma eşitdim ki, pis görünür. Ona görə də hələ baxmalıyıq”.

Bundan başqa, Klopp uruqvaylı forvardın vəziyyəti barədə məlumat verərək onun zədəsinin ciddi olmadığına işarə edib: “Bir az narahat idi ki, bu da onu oyundan çıxarmaq üçün yetərli idi. Qakpo oyun girdi və bu işə yaradı”.

Xatırladaq ki, “Liverpul”da zədəlilər arasında əsas heyətdən Trent Aleksander-Arnold, Tiaqo Alkantara, Joel Matip və Dominik Soboslai var.

Qeyd edək ki, fevralın 25-də Londonda Uembli stadionunda “Çelsi” ilə “Liverpul” arasında İngiltərə Liqa Kubokunun final matçı baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər